"Mən Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırovu səmimi olmağa çağırıram. Azərbaycanda alpinizmlə məşğul olmağa heç bir məhdudiyyət qoyulmayıb. Üç alpinistin həlak olmasından sonra alpinizmlə məşğul olmağa məhdudiyyətlərin olmamasından gileylənənlərdən biri Nahid Bağırov özü idi.
Hazırda dağlara qalxmaq üçün Dövlət Sərhəd Xidmətinin icazəsi tələb olunur. Gəlin inanaq ki, Nahid Bağırovun cəhdləri sayəsində indi bu prosedur ləğv ediləcək və biz bu münasibətlə onu təbrik edəcəyik”.
Xatırladaq ki, Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırov bildirmişdi ki, Azərbaycanda indiyə qədər ekstremal dağ turizminin inkişaf etməməsində Ekologiya Nazirliyinin əvvəlki rəhbərliyi günahkardır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !