İbrahim Məmmədovu “Lider”in aparıcısı əvəz etdi

10:00 | 15.10.2015
İbrahim Məmmədovu “Lider”in aparıcısı əvəz etdi

İbrahim Məmmədovu “Lider”in aparıcısı əvəz etdi

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini İbrahim Məmmədovun aparıcı olduğu verilişlər "Lider” televiziya kanalının keçmiş aparıcısı Rövşən Məmmədova həvalə edilib.

publika.az-ın verdiyi xəbərə görə, bundan sonra AzTV-nin efirində gedən "Günün nəbzi" və "Həftə” analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanacaq. Artıq Rövşən Məmmədova AzTV-də yüksək vəzifə də verilib.

Xatırladaq ki, bu il sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Məmmədov AzTV-nin sədr müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rövşən Məmmədov bundan əvvəl "ANS TV”, "Lider TV” və "İdman-Azərbaycan” telekanallarında çalışıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM