İcra başçısıdan daha bir 5 milyonluq villa açıqlaması

14:46 | 30.07.2014
İcra başçısıdan daha bir 5 milyonluq villa açıqlaması

İcra başçısıdan daha bir 5 milyonluq villa açıqlaması

“İnsan gərək başqasının şəxsi həyatına, şəxsi işinə qarışmasın. O mənim şəxsi işimdir. Mənim şəxsi işimə qarışmağa heç kimin səlahiyyəti yoxdur. Hər kəs gedib öz işi ilə məşğul olsa, daha yaxşı olar”.

Bu sözləri Publika.az-a eksklüziv açıqlamasında Şuşa rayon İcra Hakimiyyəinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov iş adamı Tağı İbrahimovun Novxanıdakı 4,5 milyonluq villasını almasına münasibət bildirərkən deyib.

İcra başçısının sözlərinə görə, villa almaq qəbahət deyil: “Görün heç erməni jurnalisti öz icma rəhbəri barədə yazar ki, filankəs özünə villa alıb Məgər villa almaq qəbahətdir? Hər kəsin özü şəxsi işi var. Bu isə mənim şəxsi işimdir. Nə alaram, nə sataram, özüm bilərəm”.    Xatırladaq ki, Bayram Səfərov az öncə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı iş adamı Tağı İbrahimovun Novxanıdakı villasını 4.5 milyona alıb. Bu böyük sövdələşmə mediada heç də birmənalı qarşılanmayıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM