İcra hakimiyyətində ölüm

17:48 | 06.03.2015
İcra hakimiyyətində ölüm

İcra hakimiyyətində ölüm

Bu gün Neftçala Rayon İcra Hakimiyyətinə (RİH) qəbula gedən rayon sakini orada dünyasını dəyişib.

ANN.Az-ın virtualaz.org-a istinadla xəbər verir ki, RİH-in inzibati binasında vəfat edən şəxs Neftçala rayonu, Qoltuq qəsəbəsinin Yusif Cəfərov adlı sakinidir.

Məlumata görə, Yusif Cəfərov RİH-ə bu gün səhər şəxsi problemi ilə bağlı gedibmiş. Qəbula yazılıb növbə gözlədiyi vaxt elə qəbul otağında qəfil ürək tutmasından dünyasını dəyişib. Onu təcili yardım maşını ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Amma artıq gec olub. Xəstəxanaya çatdırılanda xəstə artıq keçinibmiş.

66 yaşlı Y.Cəfərov uzun illər "Salyan OİL” əməliyyat şirkətində qazmaçı işləyib, elə oradan da təqaüdə çıxıb. O, ağır xəstəlikdən əziyyət çəkirmiş və bir neçə il əvvəl ürəyindən əməliyyat da olunubmuş.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM