İctimai fəal Bayram Məmmədov belə dəfn edildi-VİDEO

16:48 | 09.05.2021
İctimai fəal Bayram Məmmədov belə dəfn edildi-VİDEO

İctimai fəal Bayram Məmmədov belə dəfn edildi-VİDEO

İctimai fəal, keçmiş "heykəl məhbusu" Bayram Məmmədovun meyiti mayın 9-u səhər saatlarında Türkiyədən Bakıya gətirilib.
 
Mərhum bu gün günorta saatlarında torpağa tapşırılıb.
Bayram Məmmədovun dəfn mərasimi Ramana qəbristanlığında keçirilib.
 
 
Cəmiyyətdə  "heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov İstanbulda vəfat edib.
Onun ölümü barədə məlumat mayın 4-də, gecə saatlarında yayılıb. 
İstanbul polisinin ilkin rəyinə görə,Bayram Məmmədovun ölümünə səbəb onun dənizə düşmüş ayaqqabısını çıxarmaq üçün suya tullanması ola bilər.  

Hadisə İstanbulun Kadıköyü Moda sahili adlanan ərazisində baş verib.


Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almağa hazırlaşdığını deyirlər.


Bayram Məmmədov "Heykəl məhbusu" kimi tanınıb və İlham Əliyevin 2019-cu ilin martında, Novruz bayramı öncəsi  imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

O, 2016-cı ildə siyasi fəal Qiyas İbrahimovla birlikdə, mərhum Prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək" şüarı yazdıqdan sonra həbs edilib.

Ona narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham elan edilib 10 il həbs cəzası verilib.

Bayram Məmmədov rəsmi ittihamı rədd edirdi.
 
Hazırladı: Samirə Əli
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb