Iğdır - Naxçıvan kəməri Avropaya töhvə verəcək - Ərdoğan

17:21 | 25.09.2023
Iğdır - Naxçıvan kəməri Avropaya töhvə verəcək - Ərdoğan

Iğdır - Naxçıvan kəməri Avropaya töhvə verəcək - Ərdoğan

İğdır-Naxçıvan qaz kəmərinin Avropanın enerji resursları ilə təmin olunmasına töhfə verəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 
 
"Başladığımız İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək, həmçinin qazın Avropaya nəqlinə töhfə verəcək”, - o, Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. 
 
Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
  
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti