Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançılar bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınıb.
"Report"un məlumatına görə, nümayəndə heyətinin yola salınması mərasimində idmançıların ailələri, idman ictimaiyyətinin nümayəndələri, gənclər və idman naziri Azad Rəhimov və jurnalistlər iştirak edib.
Mərasim gecə saat 00:00-a qədər davam edib. Azərbaycan nümayəndə heyətini Rio-de-Janeyroya aparacaq təyyarə saat 01:00-da havaya qalxacaq. Nümayəndə heyəti olimpiadanın keçiriləcəyi şəhərə çarter reysi ilə yola düşəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !