Yaşıl Futbol Turu 2016 başa çatdı - FOTOLAR

14:09 | 10.10.2016
Yaşıl Futbol Turu 2016 başa çatdı - FOTOLAR

Yaşıl Futbol Turu 2016 başa çatdı - FOTOLAR

Dünən şirkətlərarası "Yaşıl Futbol 2016” Korporativ Sosial Məsuliyyət  turunun finalı baş tutdu. 

Azərbaycan Sahibkarlar Konfederasıyasının da təşkilati dəstəyi ilə keçirilən turnirdə Sentyabr ayının 17-dən start verilən oyunlarda Kapital Bank,Veysəloğlu,Azpetrol,Benkons,Akkord,Hyundai Auto Azerbaijan,Melissa Group,United Sport şirkətlərinin komandaları iştirak edirdilər. Ölkənin tanınmış şirkətləri arasında təşkil edilən futbol turunun məqsədi şirkətləri sosial məsuliyyətli olmağa çağırmaqdır.Stadionda rəqib olmaqlarına baxmayaraq, hər kəsin hədəfinin bir olmasını göstərən simvolik futbol turu vasitəsilə şirkətlər cəmiyyətə öz mesajını göndərdilər. 

Finalda Benkons  və Veysəloğlu şirkətləri qarşılaşdılar. Oyun Benkons-un qələbəsi ilə bitdi və beləliklə "Yaşıl Futbol 2016” turunun qalibi Benkons komandası oldu.

Nəzərinizə çatdıraq ki, "2 Qapı-1 Hədəf” şüarı altında keçirilən futbol turunun məqsədi şirkətləri sosial məsuliyyətli olmağa çağırmaq və KSM-ə dəstək olmaqdır. 

Xatırladaq ki, komandaların şirkət nümayəndələrindən ibarət "Yaşıl Futbol1” 2012-ci ildən keçirilir. Yaşıl Futbol” turuna aid bütün məlumatları turun rəsmi facebook səhifəsindən - www.facebook.com/Yashil.Futbol.Turu əldə etmək olar.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb