“İçərişəhər”də Novruz Festivalı keçiriləcək

13:00 | 11.03.2014
“İçərişəhər”də Novruz Festivalı keçiriləcək

“İçərişəhər”də Novruz Festivalı keçiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğununda Novruz Bayramı ilə əlaqədar olaraq festival keçiriləcək. Qoruğun mətbuat katibi Rahib Azəri ANS PRESS-ə açıqlamasında Tarix-Memarlıq Qoruğunun ərazisində ötən illərdən fərqli olaraq Beynləxalq Novruz Festivalının keçiriləcəyini bildirib. Onun sözlərinə görə, festival mart ayının 20-dən 23-dək davam edəcək. “Bu beynəlxalq festival olacaq. Təkcə Azərbaycan yox, Novruz Bayramı qeyd olunan bir sıra ölkələr də festivalın iştirakçısı olacaqlar”.O, bildirib ki, bayramla əlaqədar olaraq qoruğun bəzədilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. R.Azəri daha bir Novruz Festivalının Qala Qoruğunda keçiriləcəyini də sözlərinə əlavə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM