II qrupda 700 bal toplayan abituriyentlər - FOTO

23:24 | 23.07.2014
II qrupda 700 bal toplayan abituriyentlər - FOTO

II qrupda 700 bal toplayan abituriyentlər - FOTO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan etdi. Modern.az saytı xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlərdən 2 nəfər 700 bal toplayıb. 
Onların hər ikisi II qrupda imtahan verib. III ixtisas qrupunda 700 bal toplayan olmayıb.  
TQDK-dan Modern.az-a bildirilib ki, II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə-700 bal toplamış gənclərdən biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı "Zəkalar" Liseyinin məzunudur.
II ixtisas qrupunda digər 700 bal toplayan abituriyent Samir Rzayevdir.
Xatrladaq ki, bundan öncə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinə görə, 7 abituriyent 700 bal toplamışdı. I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM