İki gündə 92 cinayətin üstü açılıb, 85 nəfər saxlanılıb

10:12 | 16.09.2024
İki gündə 92 cinayətin üstü açılıb, 85 nəfər saxlanılıb

İki gündə 92 cinayətin üstü açılıb, 85 nəfər saxlanılıb

Sentyabrın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM