İlham Əliyev 29 yaşlı gənci mühüm vəzifəyə təyin etdi

13:03 | 25.02.2014
İlham Əliyev 29 yaşlı gənci mühüm vəzifəyə təyin etdi

İlham Əliyev 29 yaşlı gənci mühüm vəzifəyə təyin etdi

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə yeni təyinat olub. Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, prezidentin 13 fevral tarixli sərəncamı ilə Ülvi Mehdiyev Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. İnam Kərimovun müavini olan Ülvi Mehdiyev artıq dövlət agentliyində fəaliyyətə başlayıb və işinin icrasındadır. 29 yaşlı Ülvi Mehdiyev 2012-ci ildən bu vaxta kimi Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində fəaliyyət göstərib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM