İlham Əliyev Ağdamda açılış etdi

13:50 | 03.12.2016
İlham Əliyev Ağdamda açılış etdi

İlham Əliyev Ağdamda açılış etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonuna səfər zamanı bir sıra açılış ediblər. 
Səfər zamanı rayonun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışı baş tutub.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzlə tanışlıq zamanı dövlət başçısına və xanımına məlumat verilib ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Burada Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. 

İlham Əliyev və xanımı Mehriban Əliyeva eyni zamanda, rayonda inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Dövlət başçısı muzeyin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Muzeylə tanışlıq zamanı prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, inşaat işləri bu il ərzində həyata keçirilib. Muzeyin ümumi sahəsi 300 kvadratmetr olan binasında 146 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib. Bütün bunlar həm Ağdam gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu, həm də cəbhə bölgəsində yaşayan soydaşlarımızda, xüsusilə də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM