İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

19:28 | 12.10.2015
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

 Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.
 
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli Aleksandr Qriqoryeviç!
 
Yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
 
Sizin inamlı qələbəniz yürütdüyünüz davamlı sosial-iqtisadi inkişafa və əhalinin rifahının yüksəldilməsinə, ölkənizin dünya birliyində mövqelərinin möhkəmlənməsinə yönəlmiş xəttin dost Belarus xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.
 
Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ənənəvi dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın və çoxplanlı qarşılıqlı əlaqələrin inkişafına və genişlənməsinə kömək edəcək.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM