İlham Əliyev: Aviabiletlərin və hotellərin qiymətləri aşağı salınmalıdır

18:32 | 13.07.2015
İlham Əliyev: Aviabiletlərin və hotellərin qiymətləri aşağı salınmalıdır

İlham Əliyev: Aviabiletlərin və hotellərin qiymətləri aşağı salınmalıdır

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin baha olmasından danışıb.

Prezident Birinci Avropa Oyunlarından sonra Azərbaycana turist axını daha da sürətləndiyini əsas gətirərək, turistlərə vizaların verilməsinin sadələşdirilməsini, aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınmasının vacib oduğunu deyib.

Prezident çıxışında qeyri-neft sektorunun, sahibklarlığın inkişafı və ölkədə vergi daxilolmalarıını tam təmin olunması, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb. 

İlham Əliyevin sözlərinə görə, yaxın vaxtlarda dərman preparatalarının qiyməti tənzimlənəcək və bu sahədə şəffaflıq təmin olunacaq. 

Bu gün prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür