İlham Əliyev daha bir yolu açdı

17:47 | 08.08.2015
İlham Əliyev daha bir yolu açdı

İlham Əliyev daha bir yolu açdı

Prezident Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Siyəzən rayonunun bir neçə kəndini birləşdirən və hərəkətin intensiv olduğu bu yol uzun müddət təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü.


İlham Əliyev yol ilə tanış olur


Prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən, yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri bu ilin mayında yekunlaşıb. Eni 5, bəzi yerlərdə isə 7 metr olan 3-cü və 4-cü dərəcəli yola 10-11 santimetr qalınlığında asfalt döşənib. Yol üzərindəki mühəndis-texniki qurğular müasir səviyyədə qurulub. Rayonun 20 yaşayış məntəqəsini birləşdirən və 37,1 kilometr uzunluğunda olan bu rahat və abad yoldan ümumilikdə 4700-dək sakin istifadə edəcək.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.



İlham Əliyev Siyəzəndə yol açılışında
 

 
 

Siyəzən-Məşrif avtomobil yolu


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti