İlham Əliyev Ərdoğanı Zaqulbada qarşılayacaq - Səfər proqramı

11:02 | 10.07.2018
İlham Əliyev Ərdoğanı Zaqulbada qarşılayacaq - Səfər proqramı

İlham Əliyev Ərdoğanı Zaqulbada qarşılayacaq - Səfər proqramı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb. 
 
AzVision.az xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində ilk olaraq Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
 
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Zaqulba Sarayında rəsmi qarşılanacaq. 

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüş keçirəcəklər. Sonda hər iki dövlət başçısının ortaq mətbuat konfransı olacaq. 

Qeyd edək ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM