Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub,İsxak Hersoq Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !