İlham Əliyevlə Putin arasında VACİB TELEFON DANIŞIĞI

18:47 | 02.04.2019
İlham Əliyevlə Putin arasında VACİB TELEFON DANIŞIĞI

İlham Əliyevlə Putin arasında VACİB TELEFON DANIŞIĞI

Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiyanın dövlət başçısı Putin arasında telefon danışığı olub.
"Ölkə.Az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Azərbaycan lideri danışıq zamanı Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanla Vyanada keçirilən görüş barədə fikirlərini bölüşüb.
"Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. İlham Əliyev Nikol Paşinyanla Vyanada baş tutan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikirlərini Putinlə bölüşüb”, - deyə məlumatda bildirilir.

Rusiya prezidenti Bakı ilə Yerevan arasında danışıqlar prosesinin aktivləşməsinin vacibliyini qeyd edib. O, Rusiyanın xüsusilə ATƏT-in Minsk qrupu formatı çərçivəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarının axtarıb tapılmasına bundan sonra da yardım etməyə hazır olduğunu söyləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb