İlham Mirzəyevin səhhəti daha da ağırlaşıb - Vəkil

16:00 | 23.07.2014
İlham Mirzəyevin səhhəti daha da ağırlaşıb - Vəkil

İlham Mirzəyevin səhhəti daha da ağırlaşıb - Vəkil

Tanınmış teleaparıcı, hazırda həbsdə olan İlham Mirzəyin səhhətində yaranmış problem bir qədər də ağırlaşıb. Bu barədə məlumatı AzNews.az-a teleaparıcının vəkili Adəm Məmmədov verib. Onun sözlərinə görə, İ.Mirzəyevin belində və boynunda yırtıqlar əmələ gəlib: “Hazırda o, tibb məntəqəsinə yerləşdirilib, müalicə olunur”. A.Məmmədov İ.Mirzəyevlə əlaqədar ölkə prezidentinə ünvanlanan müraciətlə bağlı da məlumat verib: “Edilən müraciətdən hələ bir xəbər yoxdur. Yəqin bu yaxınlarda nəticəsi olar. Çünki həmin müraciətə xeyli insan imza edib”.Qeyd edək ki, İ.Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM