İlham Zəkiyev 5 qat Avropa çempionu oldu

11:30 | 06.12.2013
Milli Paralimpiya komandamızın üzvləri Macarıstanda daha 2 qızıl və 2 bürünc medal qazanıb.İlham Zəkiyev 5 qat Avropa çempionu oldu.ANS PRESS xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində keçirilən Cüdo üzrə Avropa Çempionatında ağır çəkidə İlham Zəkiyev qələbə qazanaraq 5 qat Avropa çempionu olub.Xatırladaq ki, cüdoçu 100 və daha artıq çəkidə ikiqat paralimpiya (2004, 2008) ikiqat dünya (2007, 2010), və beşqat Avropa çempionudur (2005, 2007, 2009, 2011, 2013).2012-ci ildə Londonda keçirilən Paralimpiya Oyunlarının bürünc medalçısı olub.“Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatıdır.Xatırladaq ki, cüdo idmanı üzrə Milli Paralimpiya komandası 73-kq çəkidə Ramil Qasımov və 66-kq çəkidə Bayram Mustafayev qızıl, 60-kq çəkidə isə Elçin Talıbov bürünc medal qazanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM