İlin ilk iş gününə olan hava proqnozu

16:00 | 04.01.2015
İlin ilk iş gününə olan hava proqnozu

İlin ilk iş gününə olan hava proqnozu

Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, axşam bəzi yerlərdə duman olacaq. 


Şimal-qərb küləyi 9-14 m/s, gecə  arabir 16-18 m/s-dək güclənəcək. Gündüz cənub-qərb küləyi 9-14 m/s, arabir 18-20 m/s olacaq. Havanın temperaturu  gecə 1-4° isti,  gündüz  7-12° isti olacaq. Bakıda  gecə 2-4° isti,  gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sutunundan 760 mm civə sütununa enəcək.


Nisbi  rütubət  gecə 80-90 %,  gündüz  65-70 % təşkil edəcək.


Rayonlarda gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir. 
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM