İlin sonuna kimi Kəlbəcər və Cəbrayılda da məktəblər açılacaq - Nazir

12:10 | 16.09.2024
İlin sonuna kimi Kəlbəcər və Cəbrayılda da məktəblər açılacaq - Nazir

İlin sonuna kimi Kəlbəcər və Cəbrayılda da məktəblər açılacaq - Nazir

2024-2025-ci tədris ilində Cəbrayıl və Kəlbəcərdə yeni məktəblərin açılması planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev reporta müsahibəsində deyib. 
 
O bildirib ki, paralel olaraq Qarabağın bir neçə kəndlərində də məktəblərin açılması nəzərdə tutulub. 
 
Yerli mətbuatda yayımlanan xəbərlərə görə məcburi köçkünlərin Cəbrayıla köçürülməsi sentyabr ayına planlaşdırılıb. 
 
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır. 
 
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
İlin sonuna kimi Kəlbəcərə də əhalinin köçürülməsi nəzərdə tutulub. Belə ki, ilkin mərhələdə  Kəlbəcərə 201 ailənin köçürülməsi planlaşdırılır.
 
Bir neçə gün əvvəl Kələbəcərə səfər edən ölkə başçısı İlham Əliyev 524 nəfər üçün nəzərdə tutulan yaşayış kompleksi ilə tanış olub.  
 
Gülnar 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM