2023-cü ilin sonuna qədər Qarabağa qaytarılan məcburi köçkünlərin sayı 5,5 min nəfərə çatacaq. Bunu ölkə Prezidenti İlham Əliyev deyib.
Zəngilan şəhərində açılan II Milli Şəhərsalma Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Bu günə kimi 2,3 min keçmiş məcburi köçkün geri qaytarılıb və bu ilin sonunadək onların sayı 5,5 min nəfər olacaq”, - Əliyev Zəngilanda açılan II Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.
Ermənistanın Qarabağı işğalından sonra rəsmi statistika görə, 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri bir çox rəsmi görüşlər keçirib.
Hazırda Yevlaxda Qarabağın erməni nümadələri ilə görüş keçirilir. Görüşdə reiteqrasiya məsələsi müzakirə olunur.
Qondarma rejim yanvarın 1-dən özünü buraxması ilə bağlı qərar qəbul edərək Qarabağda yaşayan əhaliyə reinteqrasiya ilə bağlı təklifləri təqdim edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !