İlk estetik cərrah kim olub? - FOTOLAR

22:55 | 24.11.2014
İlk estetik cərrah kim olub? - FOTOLAR

İlk estetik cərrah kim olub? - FOTOLAR

Bu gün gözəllik sektorunun vazkeçilməzlərindən biri olaraq bilinən estetik cərrahi əməliyyatların tarixi nə vaxtdan başlayır? ANN.Az xəbər verir ki, estetik cərrahi əməliyyatların təxminən 1 əsr yaşı var və bir əsr ərzində tibb elm adamları xeyli nailiyyətlər əldə edib və sürətli inkişaf yolu keçib.Təxminən 100 il əvvəl - 1916-cı ildə ingilis doktor Harold Gillies çox çətin bir şəraitdə - I Dünya Müharibəsi illərində estetik əməliyyatlar həyata keçeiməyə başlayıb. Müharibə zonasında olan doktor yaralı əsgərlərə xidmət göstərir. Amma əsgərlərin sifətlərində açılan ağır yaralar onları həddindən artıq eybəcər formaya salır və bu səbəbdən doktor onları xilas etmək üçün ayrı-ayrı yollar axtarmağa başlayır. Beləliklə, hələ ilk bir il ərzində o, 100 əsgər üzərində uğurlu əməliyyat həyata keçirir. Ümumilikdə isə, Gillies və qrupu 5 min əsgər üzərində 11 min dəfə əməliyyat keçirməklə estetik cərrahi əməliyyat tarixinin bünövrəsini qoyur.ANN.Az doktor Gillies-in həyata keçirdiyi əməliyyatların bəzi fotolarını təqdim edir. Fotolardan da göründüyü kimi, ilk əməliyyatlardan sonra əldə olunan nəticələr xeyli uğurlu olub.Doktor Harold Gillies 1882-ci ildə Yeni Zellandiyada anadan olub və 1960-cı ilə qədər  ömür sürüb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb