İlk qəbul imtahanının nəticələri AÇIQLANDI

18:13 | 15.07.2014
İlk qəbul imtahanının nəticələri AÇIQLANDI

İlk qəbul imtahanının nəticələri AÇIQLANDI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib. Nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

 

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. 

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada baş tutub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM