İllər sonra bulvarda dəniz gəzintisi bərpa ediləcək – VİDEO

11:37 | 21.09.2024
İllər sonra bulvarda dəniz gəzintisi bərpa ediləcək – VİDEO

İllər sonra bulvarda dəniz gəzintisi bərpa ediləcək – VİDEO

Son günlər Bakı bulvarında məşhur "Mirvari” gəmisi yenidən görünməyə başlayıb.

"Qafqazinfo”nun məlumatına görə, görüntülərdə gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.

Bir neçə idir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.

"Mirvari” gəmisinin Dənizkənarı Milli Parkda yenidən görüntülənməsi ilə "bulvarda gəmi gəzintisi bərpa edilirmi?” sualına cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib:
 
"Artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlər görülür, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrut müəyyənləşdirilib.
Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanılıb. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirilib və buna uyğun marşrut xətləri müəyyənləşdirilib.
Eyni zamanda "Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparılıb. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi  yenidən bərpa ediləcək”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM