İmran Cəfərzadə ilə bağlı cinayət işinin nəticəsi açıqlanacaq

14:20 | 18.01.2014
İmran Cəfərzadə ilə bağlı cinayət işinin nəticəsi açıqlanacaq

İmran Cəfərzadə ilə bağlı cinayət işinin nəticəsi açıqlanacaq

“İmran Cəfərzadənin xəsarət alması işi üzrə istintaq  Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. Bunu Modern.az saytına açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.Xatırladaq ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində atası ilə hovuzda çimərkən ağır xəsarət alıb. Onlar çimərkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. Onun sağ ayağı qopub, digəri isə ağır xəsarətdən sonra yerinə tikilib.Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün təşkilati məsələlər həyata keçirilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.Mədəniyyət və Turizm Nazirliyi “Nabran Holiday Village” istirahət mərkəzinin lisenziyasını ləğv edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti