İmtahan nə vaxt olacaq?

12:04 | 12.03.2015
İmtahan nə vaxt olacaq?

İmtahan nə vaxt olacaq?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ikinci sınaq imtahanının vaxtını açıqlayıb.

ANS PRESS-in TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, abituriyentlər üçün ikinci sınaq imtahanı aprelin 12-də olacaq. Həmin imtahanda iştirak etmək abituriyentlər martın 17-dən etibarən qeydiyyatdan keçməlidirlər. 

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə etməklə aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM