• $ 1.7
  • € 1.9406
  • ₽ 0.021689
  • ₺ 0.0434
  • £ 2.2922

İmtahan nəticələri yaxın günlərdə elan ediləcək

İmtahan nəticələri yaxın günlərdə elan ediləcək
04.04.2016 11:03
2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının aprelin 3-də keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası (TQDK) yaradılıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına aprelin 4-dən 6-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Komissiyadan bildirilib ki, bu gündən imtahan protokolları və cavab kartlarının emalına başlanılıb. İmtahan nəticələri yaxın günlərdə elan olunacaq.

Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş və imtahanın gedişinə nəzarət olunmuşdur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb
Cəmiyyət 21:28
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb
Bakıda yeni skuter parklanma məntəqələri yaradılıb
Cəmiyyət 19:33
Bakıda yeni skuter parklanma məntəqələri yaradılıb
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə: Müsahibələr başlayır
Cəmiyyət 16:17
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə: Müsahibələr başlayır
Bu il Kəlbəcərə ilk köç baş tutacaq
Cəmiyyət 14:58
Bu il Kəlbəcərə ilk köç baş tutacaq
Əmrullayev Çinli həmkarı ilə görüşüb
Cəmiyyət 14:56
Əmrullayev Çinli həmkarı ilə görüşüb
Xankəndi və Xocalıda əhaliyə səyyar tibbi xidmət göstərilib
Cəmiyyət 14:44
Xankəndi və Xocalıda əhaliyə səyyar tibbi xidmət göstərilib
Sənədsiz evləri sığortalamaq mümkün deyil – Deputat
Cəmiyyət 12:44
Sənədsiz evləri sığortalamaq mümkün deyil – Deputat
Vətəndaşlar evlərinin sığortalanmasını vacib addım kimi qəbul etməlidir
Cəmiyyət 12:39
Vətəndaşlar evlərinin sığortalanmasını vacib addım kimi qəbul etməlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol