Çin kosmosa turist göndərəcək

16:43 | 07.11.2016
Çin kosmosa turist göndərəcək

Çin kosmosa turist göndərəcək

Çin 2020-ci ildən kosmosa kommersiya səfərlərinin təşkilini planlaşdırır.
 
ANN.Az Azərtac-a istinadən xəbər verir ki, bu barədə "ChinaRocket” şirkətinin prezidenti Xan Çinpin Cuxay şəhərində keçirilmiş 11-ci Çin beynəlxalq aviasiya və kosmonavtika sərgisində məlumat verib.

Xan Çinpin bildirib ki, kosmosa turizm səfərlərinin təşkili ilə bağlı üçmərhələli proqram hazırlanıb. 2020-2024-cü illəri əhatə edən ilkin mərhələdə 3-5 nəfərlik turist qrupları 10 tonluq kosmik təyyarələrdə Yer kürəsindən 60-80 kilometr yüksəkliyə uçmaq imkanı qazanacaq.
 
Növbəti mərhələlərdə isə turistlər daha böyük təyyarələrlə bir qədər də yüksəkliyə (120-140 kilometr) uça biləcəklər.

Mütəxəssislər Çinin kosmos turizm bazarının 2020-ci ildə 4,6 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırırlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb