İnfarktdan qorunmağın əsas üsulları

18:19 | 10.11.2014
İnfarktdan qorunmağın əsas üsulları

İnfarktdan qorunmağın əsas üsulları

Ölüm riskini artıran səbəblər

Gündəlik stres, gərgin həyat tərzi, problemlər infarkt riskini günbə-gün arıtırır. Əgər birdən sinə nayihəsində sancılar, soyuq tər hiss etsəniz dərhal həkimə müraciət edin. 

Bu risk altında daha çox siqaret çəkənlər, şəkərli diabetdən əziyyət çəkənlər, az hərəkətli həyat tərzi keçirənlər daxil olur. 

ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, soyuq qış günlərində infarktdan qorunmağın 3 yolu var. 

1. Güclü şaxtada işləməyin

Şaxtada damarlar daralır, xüsusilə əlcəksiz gəzəndə. Fiziki fəallıq zamanı isə daha çox oksigen tələb edilir. Bunun üçün də ürək daha sürətlə işləməyə başlayır. Daralmış damarlarla ürəyin sürətlə işləməsi stenokardiyaya, sonra isə infarkta səbəb ola bilir. 

2. Tıxacdan yan keçin

Tıxacda qalan insan tüstülü hava ilə tənəffüs etməli olur. Nəticədə qırmızı qan hüceyrələrinin yaranması azalır. Nəticədə insanda oksigen aclığı başlayır. 

Bu zaman ürək əzələləri gərginliklə çalışır, ürək kameraları, əzələlər genişlənir. Ürəyin oksigenlə təminatında problem yaranır və infarkt üçün münbit şərait formalaşır. 

3. Çox yeməyin

Yemək zamanı mədə-bağırsaq traktının damarları genişlənir. Əgər insanın damarlarla bağlı problemi, aterosklerozu varsa orqanların qan dövranında problem yaranır. Bu da ürəyin işinə təsir edir. 

Bunun üçün də yeməkdən sonra stenokardiya tutmaları və infarkt riski artır. Belə problemlərdən qaçmaq üçün kiçik porsiyalarla yemək yeyin (qadınlar 200 q, kişilər 300 qram).

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM