İnsan niyə depressiyaya düşür? - ARAŞDIRMA

09:54 | 19.03.2014
İnsan niyə depressiyaya düşür? - ARAŞDIRMA

İnsan niyə depressiyaya düşür? - ARAŞDIRMA

Bəslənmə və yuxu dəyişikliyinə səbəb olan və insanı periodik olaraq ölümü düşünməyə məcbur edən depressiyanın səbəbi hələ də araşdırılır

SağlamlıqDepressiyanın bir çox səbəbi var, amma iki əsas səbəbi "anadangəlmə psixoloji reaksiyalar" və "durumsal tərəddüd etmələr" əsas götürülür. Dünya Sağlamlıq Təşkilatının etdiyi araşdırmalar, insanı davamlı və inadçı olaraq kədər və keyliyə salan, dəyərsizlik hissi meydana gətirən və gündəlik normal fəaliyyətlərdən saxlayan depressiyanın, 2020-ci ildə xəstəliklərin meydana gəlməsinə birinci sırada iştirak edəcəyini göstərir. Bəslənmə və yuxu dəyişikliyinə səbəb olan və insanı periodik olaraq ölümü düşünməyə məcbur edən depressiyanın səbəbi hələ də araşdırılır.Genetik depressiya…Ailə keçmişində depressiya olan və tez-tez səbəbsiz yerə özünü böhranda hiss edənlərin psixoloji səbəblərinin daha detallı bir şəkildə araşdırılması lazımdır. Həyatda bənzər çətinliklər, ruhi və cismani zədələr, şoklar və ya çətinliklər yaşayan insanlardan bəziləri depressiyaya girərkən, bəziləri qısa bir mənəvi çöküntüsündən sonra özünü asanca yığışdıra bilir. Çünki bəzi elmi araşdırmalar depressiyanın genetik bir miras olduğunu ortaya qoyur.Romantik stressə həssaslığı təyin edən 5-HTT geninin "qısa" kopiyasına sahib olanlar, uzun kopiyasına sahib olanlardan daha çox ağır depressiya riski daşıyır.5-HTT geni seratoninə nəzarət edir. Bu səbəblə romantik stress ilə depressiya arasında genetik əlaqə olduğu bildirilir. Genetik olaraq depresif olan insanların zehinləri, daha doğrusu beyinlərinin işləməsi fərqlidir. Yəni bəzi maddələr daha çox ifraz olunur, optimizmi aşılayan seratonin hormonu kimi, bəzi maddələr daha az...Hətta beynin quruluşunda belə dəyişikliklər ola bilir. Maqnezium, sinir sisteminin həddindən artıq həssaslığını azaldaraq sakitləşməyə köməkçi olduğu üçün "anti-stress mineralı" olaraq qəbul edilir. Bu səbəblə maqnezium əskikliyi depressiyaya gətirib çıxarır. Ayrıca bəzi vəziyyətlərdə adam genetik mirası daşıdığı halda depressiyaya girmir. Çünki böyüyərkən elə bacarıqlar inkişaf etdirir ki, problemlərlə bacarıb depressiyaya girmədən yoluna davam edə bilir.Təhsil alan uşaqlar və gənclər bir çox problemlə qarşılaşır. Bu müddət içində bu problemləri həll edə bilmək bacarığını inkişaf etdirə bilməyənlərin və "pessimist baxışa sahib" kəslərin depressiyaya girmə meyli daha çox olur. Çünki pessimist insanlar daha bədbəxt olur, daha çox xəstələnir, daha tez ölür və depressiyaya daha meylli olur. Ancaq buna baxmayaraq depressiya müalicə edilə bilir. Genetik miras da olsa insanlar bu problemi, həyatın içindəki problemlərlə həll edə bilmə bacarığını öyrənərək, düşüncə sistematikliyini dəyişdirərək, psixoterapevtin dəstəyiylə və fərdi səylə aradan qaldıra bilirlər. Çünki genetik depressiya, fərdi bir zəiflik və iradə gücüylə məğlub edilə biləcək bir şey deyil…Durumsal tərəddüd etmələr…Depressiyanın digər ana qaynağı olan durumsal tərəddüd etmələr, adamın ətrafındakı bir şeydən təsirləndiyi mənasını verir. Bədbəxt olmaq üçün bir çox səbəb var və itkin, sarsıntı və ağrıyla qarşılaşınca böhrana düşmək...İtkindən qaynaqlanan "akut depressiya" ağrılı olsa da zaman içində azalır, amma bədbəxtlik duyğusu olan "xroniki depressiya" zamanla keçmir, hətta getdikcə həyata daxil ola bilir. Bu vəziyyətdə həyatı yeganə qəbul etmə kanalı böhranlı və pessimist gözlər olur. Xroniki depressiya yaşayan adam hirsli və özünəməxsus reaksiyalar verir, fərdi gücünün fərqində olmur, özünü və başqalarını sevməkdən qaçır və özünü həyatın məsuliyyətini boynuna götürəcək qədər güclü hiss etmir.Duyğu məhrumluğu və ya duyğu məhrumluğu yaradan boğucu bir duyğu olan xroniki depressiya adamda çarəsizlik hissi yaradır.Müalicəsi mümkündür…

Depressiya ümid verici, yəni müalicə edilə bilən bir ruhi çətinlikdir…

Lakin, depressiyada olan kəslərin çoxunun tibbi kömək almağı düşünə bilməmələri və bunun nəticəsində də böyük ağrılar çəkmələr səbəbiylə, depresiv şikayətləri olan bir adamın əvvəl özü, sonra yaxın ətrafı və daha sonra gələcəyi üçün bir "psixoterapevtə müraciət etməsi" və kömək istəməsi lazımdır. Çünki ümidsizlik, bədbəxtlik və çarəsizlik vəziyyəti olan depressiyada, ümidsizliyi paylaşmaq ruhi yaxşılaşmağa gedən yolun ilk addımı ola bilir.Eləcə də stresssiz bir həyat, idman etmək, qısa bir tətilə çıxmaq, nizamlı bəslənmək çox işə yarayır. Stresssiz bir həyat üçün ən yaxşı maqnezium qaynaqları isə balıq, yumurta və paxlalılar kimi ərzaq məhsullarıdır… // ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM