İntellektual qadınlarla bağlı layihə sona çatıb - FOTOLAR

18:03 | 14.10.2014
İntellektual qadınlarla bağlı layihə sona çatıb - FOTOLAR

İntellektual qadınlarla bağlı layihə sona çatıb - FOTOLAR

"Azərbaycanda insan kapitalının inkişafı uğrunda: Qadınlar üçün intellektual klubun yaradılması" adlı altı aylıq layihə sona çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən bu layihə çərçivəsində ölkənin savadlı, istedadlı, kreativ, maraqlı ideyaları, geniş dünyagörüşləri olan xanımlarını birləşdirən "İntellektual klub" yaradılıb. Kluba qoşulan qadınlara karyera quruculuğu, liderlik texnologiyaları, menecerlik, nüfuzetmə, natiqlik, təşəbbüsü ələ almaq, rəqabət qaydaları, komanda quruculuğu, PR-ın təşkili, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətlərində interaktiv təlimlər keçilib. Təlimləri uğurla başa çatdıran 100 xanıma müvafiq sertifikat təqdim edilib. Layihə çərçivəsində leaderwoman.az (leaderwoman.org) saytı, klub üzvlərinin Azərbaycan qadınlarının inkişafına hədəflənmiş ideyalarının toplandığı "İdeyalar bankı" yaradılıb. Həmçinin, "Azərbaycan qadınının inkişafı və ictimai-siyasi həyatda rolunun gücləndirilməsi" mövzusunda debatlar təşkil edilib. Layihə ümumilikdə 250-dək intellektual qadını birləşdirib, Bakı şəhərini, Qax və Zaqatala rayonlarını əhatə edib.Layihə ölkə qadınlarının inkişafı, ictimai-siyasi həyata fəal inteqrasiyası, dünyadakı qadınlarla rəqabətdə irəli çıxması üçün təşkilatlanması və maarifləndirilməsi məqsədilə həayta keçirilib.Əlavə məlumat almaq üçün müraciət edin: (050) 337 80 71 – Ülkər AbdullayevaANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM