İnternet istifadəçisi olan hər 4 qadından biri... - ARAŞDIRMA

21:45 | 24.10.2014
İnternet istifadəçisi olan hər 4 qadından biri... - ARAŞDIRMA

İnternet istifadəçisi olan hər 4 qadından biri... - ARAŞDIRMA

İnternetin həyatımızın böyük bir hissəsini təşkil edir və həm yaxşı, həm də pis tərəfləri ilə gündəmimizi artıq çoxdan "işğal edib".

Virtual aləmin müsbət xüsusiyyətləri ilə yanaşı, təəssüf ki, pis niyyətli istifadəçilərin olması ilə müəyyən problemləri da qaçılmazdır. Dünyada tanınan və əsasən internetlə, informasiya-telekommunikasiya sistemləri üzrə tədqiqatları ilə seçilən "Pew" Araşdırma Mərkəzinin bugünlərdə əldə etdiyi nəticələr heç də ürəkaçan deyil. ANN.Az xəbər verir ki, qurum 2 min 849 internet istifadəçinin iştirakı ilə araşdırma aparıb. Nəticələrə  görə, "Online Harrasment" yəni "Online-təcavüz" mövzulu araşdırmada 18 yaş və daha yuxarı kəslər qiymətləndirilib. Bu zaman 18-24 yaş qrupu arasındakı qadınların 25 faizinin onlayn cinsi təcavüzə məruz qaldığı, 26 faizinin gizlicə təqib edildiyi, təxminən 50-nin isə alçaldıcı ifadələrə məruz qaldığı ortaya çıxıb. Aparılan araşdırma nəticəsində o da məlum olub ki, bu yaş qrupunun əksəriyyəti sosial şəbəkə istifadəçiləridir, eyni zamanda  son dövrdə mobil tətbiqetmələr ilə təcavüz sayının artdığı da bildirilir. Bu halın qarşısı alına bilərmi?Mütəxəssislərin fikrincə, bu duruma düşən qadınların önləm alması üçün narahat edən şəxslərin  "Blok"lanması və ya sosial şəbəkənin idarəçi panelinə şikayət edilməsi mümkündür. Eyni zamanda mütəxəssislər hesab edir ki, internet təcavüzlərinin qurbanı olmuş qadınların bununla bağlı məhkəmələrə müraciət eləməsi yaxın gələcəkdə üzücü rəqəmlərin azalmasına səbəb ola bilər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti