İnternetdə müəllif hüquqlarının qorunması sistemi işə salınır - Azərbaycanda

22:13 | 29.08.2014
İnternetdə müəllif hüquqlarının qorunması sistemi işə salınır - Azərbaycanda

İnternetdə müəllif hüquqlarının qorunması sistemi işə salınır - Azərbaycanda

Azərbaycanda internet şəbəkəsində müəllif hüquqlarının qorunmasısisteminin işə salınması üzrə işlər yekun mərhələdədir. Bu barədəTrend-ə Azərbaycanın Müəllif Hüquqları Agentliyindən bildiriblər.Agentlikdən deyiblər ki, söhbət rəqəmli monitorinq və lisenziyalaşdırma sisteminin tətbiqindən gedir: "İnternet şəbəkəsində müəllif hüquqlarının qorunması kifayət qədər mürəkkəb prosesdir. Bu layihə üzərində işlər intensiv şəkildə aparılır və yaxın gələcəkdə tam başa çatacaq".Virtual mühitdə müəllif hüquqlarının qorunması ilə Agentlik yanında fəaliyyət göstərən Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi məşğul olacaq və tənzimlənmə qanunvericilik səviyyəsində və bu sahədəki idarəetmə mexanizmləri ilə təmin ediləcək.Dünyada virtual mühitdə müəllif hüquqlarının qorunmasının üç üsulu tətbiq edilir. Birincisi, şəbəkədən "müəllif hüquqları" anlayışının götürülməsini və müəllifə istinadən əsərlərdən azad istifadəni nəzərdə tutur. İkincisi, internet resurslarda müəllif hüquqları obyektlərinin azad istifadəsi halında müəllifə müəyyən mükafatın ödənilməsini ehtiva edir. Son variant qanunvericiliyin sərtləşdirilməsini və istifadəçilərin hüquqlarının bir qədər məhdudlaşdırılmasını nəzərdə tutur.

Agentlikdəki mənbənin fikrincə, Azərbaycan ikinci varianta üstünlük vermək niyyətindədir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM