İntihar faktlarının artmasında KİV-in rolu varmı? - AÇIQLAMA

14:21 | 23.01.2014
İntihar faktlarının artmasında KİV-in rolu varmı? - AÇIQLAMA

İntihar faktlarının artmasında KİV-in rolu varmı? - AÇIQLAMA

"İntihar hadisələri televiziyalarda, ümumiyyətlə, heç bir kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır".Psixoloq Tariyel Faziloğlu ANN.Az-a açıqlamasında həmçinin qeyd edib ki, təbliğatın qarşısı alınmasa, intihar halları artan templə davam edəcək.Son zamanlar Azərbaycanda intihar hallarına daha tez-tez rast gəlinir. Bəzi mütəxəssislər bunun səbəbini televiziyalarda və müəyyən virtual informasiya mərkəzlərində aparılan “xüsusi” təbliğatla da əsaslandırırlar. Psixoloq Tariyel Faziloğlu intihar hallarının artmasında bu "xüsusi" təbliğat vasitələrinin rolunun olmasını istisna etməyib:“Təkcə televiziyaların yox, bütün KİV-lərin intiharların artmasında çox böyük rolu var. KİV-lərdə göstərilən və yazılan informasiyalar insanların alt şüuruna keçərək onların öz fikirləri kimi həmin insana təsir göstərməyə başlayır. Həyatında hansısa problem və ya sıxıntılı durum varsa, insanı alternativ yol kimi intihara meylləndirir bu informasiyalar". Ekspert bu tip informasiyaların KİV-lərdə işiqlandırılmasının qəti əleyhinədir: "Bu, artıq təhlükəli həddə çatıb. Bunun qarşısı alınmasa, intihar halları artan templə davam edəcək”.

Seymur

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM