Apple-ın kiçik ekranlı tablet seriyası iPad Mininin yeni versiyalarını artıq istehsal etməyəcəyi iddia edilib.
ANN.Az Movqe.az-a istinadən xəbər verir ki, UDN adlı Apple-a yaxın bir qaynağa görə həftələr əvvəl tanıdılan iPad Mini 3 ilə birlikdə Apple mini ekranlı iPad istehsalını dayandırmağı planlaşdırır. Apple-ın iPad Minini geri planda qoymasının iki səbəbi var. Əvvəlcə Applenin 12.9 düymlük nəhəng ekrana sahib olması gözlənilən iPad Pro ilə yola davam etmək istəməsi, digər tərəfdən də iPhone 6 Plus ilə demək olar ki, iPad Mininin ekranına yaxın ölçüyə çatan cihazlar da iPad Minini lazımsız edir. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !