ABŞ-da 11 yaşlı oğlan uşağında “iPad”a qarşı allergiya aşkar olunub.“ICTnews” xəbər xidmətinin “http://ria.ru” saytına istinadən verdiyi məlumata əsasən, pasient müayinə olduqdan sonra onun bədənində səpkilər aşkar olunub və həkimlər belə rəyə gəliblər ki, bu allergiya “iPad”ın istehsalında istifadə olunan nikelə qarşıdır.Uşaq “iPad”dan 2010-cu ildən etibarən hər gün istifadə edib. Allergiyadan müalicə olunmaq üçün yeniyetmə steroid və antibiotiklər kursu qəbul etməlidir. Son araşdırmaların nəticələri göstərib ki, insanlarda istehsalında nikel istifadə olunan elektron qurğulara, o cümlədən mobil telefon, noutbuk, smartfonlara, allergik reaksiyalara daha tez-tez rast gəlinir. Hazırda ABŞ-da uşaqların 25%-də nikelə qarşı allergiya aşkar olunur, halbuki on il bundan öncə bu göstərici cəmi 17 faiz idi. “iPad”ın bütün modellərində və “Apple” şirkətinin digər məhsullarında nikelin olması haqda dəqiq məlumat yoxdur, lakin həkimlər hər ehtimala qarşı belə hallarda üzlükdən və ya plyonkadan istifadə etməyi tövsiyə edirlər ki, dəri ilə elektron qurğunun təması aradan qaldırılsın.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !