"İpoteka kreditləri məsələsinə dövlət qurumları tərəfindən ümumi bir qərar qəbul olunduqdan sonra baxılacaq”.
Bu sözləri ANN.Az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
Millət vəkili Vahid Əhmədov Gənc ailələrə ipoteka kreditlərinin verilməsindən danışarkən bildirib: "Ümumiyyətlə, ipoteka kreditlərinin verilməsi ilə əlaqədar müəyyən təkliflər var. Gənc ailələrə ipoteka krediti verilməsi təklifinə hökumət, Mərkəzi Bank və o cümlədən Gənclər və İdman Nazirliyi baxır. Çünki bu qurumların hər birinin özünün ayrı-ayrı təklifləri var. Bu qurumlar tərəfindən ümumi bir qərara qəbul edildikdən sonra Milli Məclis bu təkliflər paketinə baxacaq”.
İpoteka kreditinin rəsmi dövlət işlərində çalışmayan şəxslərə verilməməsindən və ipoteka kreditlərinin verilmə şərtlərinin yüngülləşdirilməsindən söz açan millət vəkili qeyd etdi ki, ipoteka krediti haqqında qanun qəbul edilib və həmin bu qanunda imtiyazlı kredit - sosial ipokteka kreditinin müəyyən şəxslərə verilməsi nəzərdə tutulub: "Milli Məclis bu məsələyə baxdıqdan sonra, belə bir təklif olunarsa, həmin şəxslərə ipokteka kreditinin verilməsi və ipoteka kreditlərinin verilmə şərtlərinin yüngülləşməsi yenidən müzakirə oluna bilər”.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !