İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib

14:59 | 17.09.2023
İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib

İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Tehranın nüvə proqramı üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təftiş edən 8 mütəxəssinin akkreditasiyasını ləğv edib.

Bu barədə "Fars” agentliyi məlumat yayıb.

Akkreditasiyası ləğv edilən müfəttişlər Almaniya və Fransa vətəndaşlarıdır.

Ötən gün AEBA-nın baş direktoru Rafael Grossi İranın uranın zənginləşdirilməsi obyektlərində bir neçə müfəttişin akkreditasiyasını ləğv etmək qərarı barədə təşkilatı bilgiləndirdiyini deyib. Baş direktor onların dəqiq sayını açıqlamayıb. Qrossi qeyd edib ki, bu addım Agentliyin ölkədə yoxlamalar aparmaq imkanlarını xeyli azaldacaq. AEBA başçısı Tehranın bu davranışını pisləyib və onu əməkdaşlığa çağırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb