İran Aİ ölkələrinə qaz ixrac edə bilər

17:38 | 13.04.2016
İran Aİ ölkələrinə qaz ixrac edə bilər

İran Aİ ölkələrinə qaz ixrac edə bilər

Avropa İttifaqı (Aİ) İrandan qaz tədarükünə dair danışıqlar aparacaq. 

Trend-in məlumatına görə, bu barədə TASS-a Aİ-dəki mənbə bildirib.

Bu məsələ Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerininin İrana qarşıdakı səfəri zamanı müzakirə ediləcək.

Qeyd edək ki, İran mətbuatının məlumatına əsasən, F.Moqerininin başçılıq etdiyi nümayəndə heyəti Tehrana aprelin 16-da səfər edəcək. KİV-in qənaətinə görə, bu səfər İranın nüvə proqramına dair birgə fəaliyyət planının icrasından sonra Tehran-Brüssel münasibətlərində yeni səhifə açacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti