İran müharibəyə başlayacağı ilə təhdid etdi

09:35 | 13.05.2015
İran müharibəyə başlayacağı ilə təhdid etdi

İran müharibəyə başlayacağı ilə təhdid etdi

İran Silahlı Qüvvələri hər hansı dövlət tərəfindən humanitar yüklə Yəmənə yollanan gəmiyə hücum ediləcəyi təqdirdə həmin ölkəyə qarşı hərbi əməliyyatlara başlayacaq.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu cür xəbərdarlıq ötən gün İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini briqada generalı Məsud Cəzayeri tərəfindən səsləndirilib.    
 
"İranın Qızıl Xaç cəmiyyətinin Yəmən üçün nəzərdə tutulmuş humanitar yardımını aparan gəmiyə hücum bölgədə müharibəyə səbəb olacaq”, deyə  Məsud Cəzayeri bildirib. Onun sözlərinə görə, bunun baş verəcəyi təqdirdə "müharibə alovunu söndürmək və ya nəzarətə almaq artıq mümkün olmayacaq”.
 
"ABŞ və Səudiyyə Ərəbistanı anlamalıdır ki İranın təmkinliyi hədsiz deyil”, deyə general əlavə edib.  
 
Göyərtəsində humanitar yardım yükü və müxtəlif ölkələrdən həkimlərin və mülki mütəxəssislərin olduğu gəmi ötən gün İranın Fars körfəzindəki Bəndər Abbas limanından Yəmənin Qırmızı dənizdəki Xodeyda limanına yola düşüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti