İran: "Neft bizə 10 dollardan ucuz başa gəlir"

17:00 | 03.01.2016
İran:

İran: "Neft bizə 10 dollardan ucuz başa gəlir"

İran İslam Respublikasının Neft Nazirliyinin OPEC-də baş nümayəndəsi Mehdi Eseli, İranda hər barrel neft hasilatının 10 dollardan da daha aşağı xərclə başa gəldiyini bildirib.

Eseli etdiyi açıqlamada, Beynəlxalq Valyuta Fondunun hesabatına görə, neftin qiymətinin 30 dollar olması vəziyyətində belə İranın iqtisadi inkişaf sürətinin 4.5- 5% arasında olacağını ifadə edib.

Neft qiymətlərinin azalması ilə investorların regiondakı neft hasilatının aşağı xərcindən dolayı regiona gələcəklərini qeyd edən Eseli, "İranın gələn il iqtisadi inkişafı neft istehsalının iki dəfə artması və neftin qiymətinin tədricən artmasından irəli gələcəkdir. Gələn il neftin qiyməti 35 ilə 50 dollar aralığında olacaq" deyib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb