İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi dəyişdirilib.APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu posta İbrahim Rahimpuru təyin edib. Eyni zamanda bu şəxs İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini vəzifəsini də icra edəcək. İbrahim Rahimpur yeni postunda Məhəmməd Mehdi Axundzadəni əvəzləyib. İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İranla Xəzəryanı ölkələr arasında bu su hövzəsinin hüquqi statusu ilə bağlı müzakirələrin aparılmasında məsuliyyət daşıyacaq. Eyni zamanda bu istiqamətdə yerli nazirliklər və təşkilatlar arasında koordinasiya işlərini tənzimləyəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !