İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

15:52 | 09.06.2024
İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq


İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.Bu barədə "Tasnim” məlumat yayıb.

Namizədlər İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, o cümlədən Əmir Hüseyn Qazizadə Haşimi, Mustafa Purməhəmmədi, və Məsud Pezeşkiandır.

Parlamentin keçmiş spikeri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş vitse-prezident İshaq Cahangiri, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın növbədənkənar seçkilərdə namizədliyi təsdiq edilməyib.

Bu gün İran Konstitusiyasını Mühafizə Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib.

Seçkiləri iyunun 28-də keçiriləcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM