İranda polis məntəqlərində terror hadisəsi olub - Ölənlər var - VİDEO

11:14 | 04.04.2024
İranda polis məntəqlərində terror hadisəsi olub - Ölənlər var - VİDEO

İranda polis məntəqlərində terror hadisəsi olub - Ölənlər var - VİDEO

İranın Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərində polis məntəqələrinə silahlı terror hücumları nəticəsində hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 
 
"Təhlükəsizlik qüvvələrinin beş üzvü həlak olub, daha 10-u yaralanıb", - məlumatda deyilir. 
 
Terrorçulardan 8 nəfərin öldürüldüyü təsdiqlənib və bildirilib ki, onların sayı 20 nəfərə çata bilər. 
 
İranın cənub-şərqində fəaliyyət göstərən islamçı yaraqlı təşkilat olan Ceyş əl-Adl terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

//
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM