İranlı müğənni efirdən qovuldu - VİDEO

12:18 | 30.06.2022
İranlı müğənni efirdən qovuldu - VİDEO

İranlı müğənni efirdən qovuldu - VİDEO

Aparıcı Zaur Kamal iranlı müğənni Afşin Azərini efirdən qovub.

Hadisə ARB TV-də yayımlanan "Həmin Zaur” verilişində baş verib. 

Afşin aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız” sözlərinə cavab olaraq, "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”, - deyə əlavə edib. Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam” deyib.

Daha sonra aparıcı və müğənni arasında gərginlik yaranıb.

Azərin Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirərək "İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar” deyib.

Bu sözlərdən sonra Z.Kamal "Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyərək, müğənnini efirdən qovub. 

Reklamlandan sonra Zaur məsələ barədə açıqlama verərək "Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azərin efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar”, - deyə qeyd edib.

Sosial şəbəkə izləyiciləri isə Zaurunun bu hərəkətini sərt tənqid edərək onun ünvanına "Sənə ayıb olsun, adam qonağı qovmaz”, "Kişi olsaydın arxada deyilən sözə arxada cavab verərdin. Çıxıb efirdə şou etməzdin”, "Zaur, utan yerə gir”, "Heç düz hərəkət etmədin, biz o müğənnini tanıyırıq və çox sevirik” kimi şərhlər yazılıb.

Efirdə baş verən hadisə ilə bağlı açıqlama verən ARB telekanalının mətbuat katibi  Mail Əsgərov  məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. 
 
 "Araşdırmaların yekunu olaraq hansı tədbirin görülüb-görülməməsi ilə bağlı qərar veriləcək. Bir tərəfin mövqeyini dərc etmək düzgün deyil. Bu səbəbdən araşdırılmalar aparılıb, təfsilatlar üzə çıxarılacaq. Son məlumat isə  mətbuata çatdırılacaq", - mətbuat katibi vurğulayıb.


www.anews.az
2
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti