İraq parlamentində keçirilən səsvermə nəticəsində 76 yaşlı, kürd əsilli siyasətçi Fuad Masum ölkə prezidenti seçilib.APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölkədə hökumət formalaşmasının ikinci mərhələsi olaraq keçirilən səsvermədən sonra aprel ayından davam edən hökumət böhranının sona çatdığı hesab olunur.Şiə məzhəbli Nuri əl-Malikinin müvəqqəti hökumət seçkilərindən bu yana ölkəni daha çox səlahiyyətlərlə idarə etməsi həm sünni, həm də kürd əsilli qrupların narazılığına səbəb olmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !