İrəvanda keçirilən mitinq dağıdılıb: 51 nəfər yaralanıb - VİDEO

09:12 | 21.07.2016
İrəvanda keçirilən mitinq dağıdılıb: 51 nəfər yaralanıb - VİDEO

İrəvanda keçirilən mitinq dağıdılıb: 51 nəfər yaralanıb - VİDEO

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsinin qarşısı qanun keşikçiləri tərəfindən mitinqçilərdən təmizlənib.

"Report" xəbər verir ki, əməliyyat iki xəbərdarlıqdan sonra başlanıb.

Onlarla insan saxlanılıb. Polis əməliyyat zamanı xüsusi vasitələr tətbiq etməyib.

***06:00

Çərşənbə günü axşam saatlarında silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsi qarşısında qanun keşikçiləri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı müxtəlif tibb müəssisələrinə 51 nəfər müraciət edib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin 28 nəfəri polis əməkdaşlarıdır. Zədə alanlara ilkin tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

Hazırda paytaxt İrəvanda vəziyyət stabildir.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti